Norveçdə buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib

A- A A+

Norveçdə buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib.

NUHÇIXAN Norveç KİV-lərinə istinadla xəbər verir ki, Şpitsbergendə arktik Norveç arxipelaqında sahəsi 10 kvadrat kilometrə yaxın olan yeni ada yaranıb.

Qurunun bu hissəsi onilliklər boyu yarımada hesab edilirdi, lakin bu il yayda buzlaqların əriməsi nəticəsində başqa mənzərə yaranıb. Tromsö şəhərindəki Norveç Qütb Tədqiqatları İnstitutunun topoqrafı Anders Skoqlund yerli jurnalistlərlə söhbətində deyib: “Buzlağın əriyib sahildən uzaqlaşdığı yerdə çəkilmiş yeni fotoşəkillərdə dənizin göy rəngli zolağı yaranıb. Şpitsbergendəki buzlaqlar son illərdə sürətlə əriyib uzaqlaşıblar. Bu, dənizə çıxan buzlaqlara da aiddir. Onlar qurudakı buzlaqlarla müqayisədə daha sürətlə əriyir”.

Şpitsbergenin şimal-şərq sahillərində yeni adanı Anders Skoqlund kəşf edib. İnstitut burada Şpitsbergen rayonu barədə kartoqrafik məlumatlar yaradılması üzərində işləyir.

Tromsö şəhərindəki Norveç Qütb Tədqiqatları İnstitutunun buzlaqları tədqiq edən əməkdaşı Qeyr Moxoldt isə jurnalistlərə müsahibəsində bildirib ki, bu proses davam edir. Çox güman ki, gələcəkdə uzaq şimalda yeni kiçik adalar yaranacaq. Alim daha sonra deyib: “Lakin bu proses onilliklər boyu, bəlkə də 100 il davam edəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: