İzmirin düşmən işğalından azad olunmasının 97-ci ildönümü müxtəlif tədbirlərlə qeyd edilib

A- A A+

Türkiyənin Qurtuluş Savaşında İzmirin düşmən işğalından azad olunmasının 97-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

NUHÇIXAN xəbər verir ki, İzmirin Gündoğdu və Cümhuriyyət meydanlarında keçirilən bayram tədbirinə çox sayda insan qatılıb.

Tədbirlər çərçivəsində "Türk ulduzları" və "Dünyanın ən yaxşı uçuş nümayişi" adına sahib “SoloTürk” qruplarında yer alan pilotların təyyarələrlə göy üzündə hərəkətləri tamaşaçıların marağına səbəb olub.

Bayram tədbiri fənər yürüşü və bu yay yanğın baş verən meşəlik ərazilərdə ağacəkmə kampaniyası ilə davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: