"Apple" yeni "iPad" modelini təqdim edib

201

"Apple" şirkəti Kupertino şəhərində (Kaliforniya ştatı) yeni "iPad" modelini təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, 7-ci nəsil "iPad" 10,2 düym ölçüsündə "Retiran" ekranı və "A10 Fusion" prosessoru ilə təchiz edilib. Yeni "iPad" artıq barmaq izini də tanıyacaq.

Həmçinin yeni model "Apple Pencil" ilə təchiz edilib.

Yeni "iPad" modelini artıq sifariş etmək mümkündür. Planşetlər ABŞ-da 329 dollar qiymətinə satılacaq.

Bundan əlavə, təqdimat mərasimində yeni "Apple Watch Series 5" smart-saatı da təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: