NASA ekzoplanetlər üzrə virtual turlar təşkil edir

A- A A+

ABŞ Kosmik Agentliyi (NASA) “The Exoplanet Travel Bureau” layihəsi çərçivəsində virtual reallıq rejimində ekzoplanetlərə səyahət etməyə imkan verən simulyator istifadəyə verib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda simulyator vasitəsilə Dolça bürcündə “TRAPPIST-1e”, Qu bürcündə “Kepler-186f” və “Kepler-16b” kimi ekzoplanetlərə virtual səyahət etmək mümkündür. Yer kürəsindən 492 işıq ili məsafədə yerləşən “Kepler-186f” ekzoplanetinin radiusu bizim planetin radiusuna yaxındır. İki yüz işıq ili məsafədə yerləşən “Kepler-16b” qoşa ulduz sistemi ətrafında dövr edir, 40 işıq ili məsafədə yerləşən “TRAPPIST-1e” isə potensial baxımdan yaşayış üçün yararlı ekzoplanetlər sırasına daxildir.

Məlumata görə, istifadəçilər simulyatoru müxtəlif obyektlər üzərinə tuşlamaqla kosmik cisimlər haqqında məlumatlar əldə edə bilərlər.

Kosmik panoramlar elmi-tədqiqat məlumatlarına əsaslanır, lakin teleskopların hazırda ekzoplanetlərin böyük şəkillərini çəkə bilməməsi səbəbindən əksər təsvirlər bədii təxəyyül nümunəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: