Ermənistan ordusunun hərbi qulluqçusu intihar edib.
NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan keçirdiyi mətbuat konfransında təsdiqləyib: “Tavuş vilayətində müqavilə əsasında xidmət edən hərbi qulluqçu 1998-ci il təvəllüdlü Harutyan Nerkararyanın intihar etməsini təsdiqləyirəm. Hadisə onların evində baş verib. Daha ətraflı məlumat verə bilmərəm”.