Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

A- A A+

Tacikistanlı alimlər qədim Koron şəhərində heç vaxt elmə məlum olmayan rəsədxana tapıb.

NUHÇIXAN xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə, rəsədxana 15-ci əsrə qədər fəaliyyət göstərib.

Akademik Yusufşoxi Yakubşox jurnalistlərə bildirib ki, rəsədxananın tapıldığı Koron şəhəri təxminən 4 min il əvvəl, ari sivilizasiyasının çiçəkləndiyi dövrdə tikilib. O deyib ki, qazıntı yerindən tapılan əşyalar burada rəsədxana olduğunu təsdiqləyir. Burada müxtəliif həndəsi fiqurlar şəklində süni daş lövhələr tapılıb.

Qeyd olunub ki, hələlik rəsədxananın nə vaxt yaradıldığı haqqında məlumat yoxdur və bu istiqamətdə işlər davam edir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: