Polşa 2024-cü ilədək kibernetika qoşunları yaradacaq

A- A A+

Polşanın Milli Müdafiə Nazirliyi 2024-cü ilədək rəqəmli məkanda ölkənin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq kibernetika qoşunları yaratmaq niyyətindədir. Bu haqda Polşanın müdafiə naziri Mariuş Blaşak deyib. Onun sözlərinə görə, yeni hərbi strukturun tərkibinə təxminən 2000 nəfər daxil ediləcək.
 
NUHÇIXAN “itc.ua” saytına istinadən xəbər verir ki, müasir dövlət informasiya mübadiləsini, bank sisteminin fəaliyyətini, müəssisələrin işləməsini və bir çox başqa sahələrin fəaliyyətini təmin edən rəqəmli texnologiyalardan asılıdır. Belə sistemlərə qarşı həyata keçirilən haker hücumları bu və ya digər ölkəyə ciddi zərər vura bilər. Bu səbəbdən dünyada bəzi ölkələr kibernetik qoşunlarının yaradılmasına başlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: