İspaniyanın “Fain Ascensores” şirkəti “ION Green Solar” ekoloji liftini hazırlayıb.
NUHÇIXAN bu barədə İspaniya KİV-lərinə istinadla xəbər verir.
Layihə müəlliflərinin sözlərinə görə, bu, dünyada günəş enerjisi ilə işləyən ilk lift olacaq və bununla da zərərli atmosfer tullantılarının azalmasına şərait yaradacaq.
Liftin ekoloji olmasından ötrü mütəxəssislər yüksəkdavamlı poladdan istifadə sayəsində kabinənin çəkisini 30 faiz azaldıb, yeni dartma qüvvəsi və “KERS” enerjinin rekuperasiyası sistemini əlavə ediblər.
Mütəxəssislərin hesabladığı kimi, lift cəmi 400 Vt, yəni təxminən saçqurudandan istifadədə sərf olunduğu qədər enerji sərf edir. Bu isə elektrik enerjisinə 96 faiz qənaət və karbon qazı tullantısının 86 faiz azaldılması deməkdir.
Bundan başqa, xilasetmə sistemi sürətə elektron şəkildə nəzarət edilən batareyalarla işləyir.