NUHÇIXAN-ın məlumatına görə, Bolqarıstan arxeoloqları Sredets rayonunun Debelt kəndi yaxınlığında yerləşən Qədim Romanın Deultum şəhəri ətrafında aparılan qazıntı işləri zamanı hərbi diplom hissəsini aşkar ediblər. Arxeoloji qoruğun direktoru Krasimir Kostov tapıntının unikal olduğunu bildirib. Yazının analizi göstərib ki, qədim romalılar Deultum şəhərini hərbçilər və hərbi veteranlarla da məskunlaşdırmışlar.