Bosniya və Herseqovinada III əsrə aid mozaika parçası aşkar edilib

A- A A+

Bosniya və Herseqovinada arxeoloqları Roma dövrünə aid olması ehtimal edilən III əsrə aid mozaika parçası aşkar ediblər.

NUHÇIXAN xəbər verir ki, tarixi tapıntı Srebreniçanın şərqində yerləşən Skelani kəndindəki “Roma municipium”da (qədim Roma yaşayış məskəni) arxeoloji qazıntılar aparan bir qrup mütəxəssis tərəfindən tapılıb.

“Əvvəllər burada inzibati mərkəz olub və qazılan otaq çox dəbdəbəli olduğundan onun müxtəlif görüşlər üçün istifadə olunduğunu ehtimal edirik. Bu inzibati mərkəz ictimai işləri icra edirdi. Bu, “Roma municipium”unun I əsrdən IV əsrə qədər olan əhəmiyyətini təsdiqləyir”, – deyən arxeoloq İvana Qrujiç bu məkanın ölkədə unikal yer olduğunu söyləyib.

“Roma municipium” muzeyinin kuratoru Boris Radiç şəhər villası kimi istifadə edilən məkan barədə yeni təfərrüatları meydana çıxaran son tapıntıların əhəmiyyətli olduğunu vurğulayıb.

Qazıntı işləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: