Rusiyadan Türkiyəyə çatdırılan S-400 zenit-raket kompleksləri dekabrda quraşdırılacaq və 2020-ci ilin aprelində istifadəyə hazır olacaq.
NUHÇIXAN xəbər verir ki, Türkiyə KİV-ləri bu barədə respublikanın müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmirə istinadla məlumat yayıb. “S-400-lərin çatdırılması tezliklə yekunlaşacaq. Texniki baxımdan sistemlər dekabrda qurulacaq. Lakin bu o demək deyil ki, onlar istifadəyə hazır olacaq. Çünki hələ personalın hazırlığı, bir sıra texniki məqamlar kimi məsələlər var. Bütün bunlar başa çatdıqdan sonra apreldə sistemlər tam hazır olacaq”, - deyə İ. Dəmir bildirib.
Xatırladaq ki, Türkiyə-ABŞ münasibətlərində böhrana səbəb olmuş yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü sentyabrın ortalarında yekunlaşıb. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edirdi. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyi və ya tamamilə dayandırılacağı ilə hədələləyirdi. Lakin Ankara güzəştə getməkdən imtina etdi.
S-400 zenit-raket sistemi aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrə çatan bu sistem hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.