Ermənistanda qubernator köməkçisi ordu zabitini döyərək öldürüb

A- A A+

Ermənistanın Vayots Dzor vilayətinin qubernator köməkçisinin başçılıq etdiyi quldur dəstəsi Yexeqnadzor rayonunda ordu podpolkovnikini ölənədək döyüb. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, vilayətin qubernatoru Trdat Sarkisyanın özünün də bu qətldə əli olduğu bildirilir. Respublika prokurorluğunun məlumatına görə, zabiti döyərək öldürən qubernator köməkçisi Arutyun Qriqoryan həbs edilib, amma onun rəisi hələ azadlıqdadır.

Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, istintaq davam etdiyinə görə geniş acılama vermək istəmir. O əlavə edib ki, hüquq-mühafizə orqanları zabiti qətlə yetirən vəzifəli şəxslərə qarşı istintaqı ədalətli aparacaq və təqsirkarlar öz cəzalarını alacaqlar.

Qubernator Trdat Sarkisyan isə bu insidentdə əli olduğunu inkar edib. Onun sözlərinə görə, özü hadisə yerində olmayıb və bunu ətrafdakı kameraların qeydləri də sübut edir. Qubernator əlavə edib ki, podpolkovnik fiziki cəhətdən güclü olub və onun köməkçisini təqib edərkən pilləkəndən yıxılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: