Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş vermiş zəlzələ ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verib.
NUHÇIXAN xəbər verir ki, ölkə başçısı yeraltı təkanlar nəticəsində ilkin məlumata görə, 8 nəfərin yüngül bədən xəsarətləri aldığını, bir neçə tikilidə zədələr yarandığını bildirib. O, İstanbul körpülərində dağıntıların olması ilə bağlı sosial mediada yayılan məlumatların yalan olduğunu bildirib.
Xatırladaq ki, yerli vaxtla saat 13.59-da İstanbulda 5,8 bal gücündə baş verib. Zəlzələdən sonra daha 28 afterşok qeydə alınıb.