Marsa uçuşlar üçün nəzərdə tutulan 100 nəfərlik “Starship” gəmisinin təqdimatı olub

A- A A+

İlon Maskın sahibi olduğu Amerikanın “SpaceX” şirkətinin Marsa uçuşlar üçün nəzərdə tutulan 100 nəfərlik “Starship” kosmik gəmisinin təqdimatı olub.

NUHÇIXAN space.com saytına istinadla xəbər verir ki, Texas ştatındakı Boka-Çika rayonundakı kosmodromda keçirilmiş təqdimat mərasimində çıxış edən İlon Mask kosmik gəminin maksimum 6 aya qədər orbitə göndəriləcəyini bildirib.

“SpaceX” şirkətinin sahibi bildirib ki, həm də raketdaşıyıcı funksiyasını yerinə yetirən kosmik gəminin 20 kilometrlik yüksəkliyə buraxılması üzrə sınaqlar bir-iki aya keçiriləcək. Mask məlumat verib ki, kosmik gəminin hazırda nümayiş etdirilən 50 metr uzunluğu olan prototipinin diametri 9 metr, yükdaşıma qabiliyyəti isə 150 tondur. O diqqətə çatdırıb ki, “Starship” bir neçə uçuşda istifadə olunacaq və göyərtəsində 100 nəfəri Marsa apara biləcək. Mask xatırladıb ki, onun məqsədi Marsda koloniyalar yaradılmasıdır. Milyarder əlavə edib ki, qırmızı planetə ilk tədqiqatçılar 2022-ci ildə göndəriləcək.

Xatırladaq ki, avqustda İlon Mask “Starship” kosmik gəmisinin inşası üçün zəruri olan mühəndis versiyalarının sınaqdan keçirildiyi “Starhopper” prototipinin test uçuşunun da uğurla keçdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: