NASA arzu edən hər kəsə öz adını Marsa göndərməyi təklif edir

A- A A+

NASA Aerokosmik Agentliyi istəyənlərə öz adlarını Marsa göndərməyi təklif edir.

NUHÇIXAN bu barədə agentliyin “Twitter” səhifəsinə istinadla xəbər verir.

“Öz adınızı Mars-2020 aparatı vasitəsilə qırmızı planetə göndəriləcək mikroçipə yazın”, - NASA-nın təklifində belə deyilir. Bunun üçün NASA-nın rəsmi saytındakı formanı doldurmaq tələb olunur.

Missiya 2020-ci ilin yay aylarında Marsa yollansa da, formanı sentyabrın 30-u Şimali Amerika şərq vaxtı ilə saat 23:59-dək qədər doldurmaq lazımdır.

Son məlumata əsasən, artıq 10 milyon 300 mindən çox insan adını Marsa göndərmək istəyir. Onlardan ən çoxu türkiyəli (2,5 milyon nəfər), hindistanlı (1,69 milyon nəfər) və ABŞ vətəndaşlarıdır (1,37 milyon nəfər).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: