Ermənistanda hərbi yük avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 29-da saat 19:30-da Talin-Boğutlu (Arteni) avtomobil yolunun 20-ci kilometrliyində Ermənistan Müdafiə Nazirliyinə məxsus 4 yük maşını (3 “KamAZ” və 1 “ZİL”) toqquşub. Bundan sonra “PAZ” markalı avtobus qəzaya uğramış “KamAZ” markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 sərnişin xəsarət alıb.
Xəsarət alanlar Armavir və Talin tibb mərkəzlərinə yerləşdiriliblər. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.