Özbəkistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəxtiyar İbrahimov BMT Baş Məclisi sədrinin müavini kimi fəaliyyətə başlayıb.
NUHÇIXAN Özbəkistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Bəxtiyar İbrahimov bu ilin iyununda həmin vəzifəyə seçilib.
Bəxtiyar İbrahimov ilk dəfə BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən 74-cü sessiyasının plenar iclasında ümumi müzakirələrə sədrlik edib. O, 2020-ci ilin sentyabrına qədər bu vəzifəni yerinə yetirəcək.