NASA Yer üçün təhlükəli “kentavr” asteroidləri tədqiq edəcək

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) 2025-ci ilin ortalarında Yupiter və Neptun planetlərinin arasında yerləşən və öz xassələrinə görə kometalara daha yazın olan “kentavr” asteroidlərini tədqiq etmək üçün kosmosa avtomatik stansiya göndərilməsi imkanlarını nəzərdən keçirir.

NUHÇIXAN space.com saytına istinadla xəbər verir ki, NASA-nın Kolorado ştatındakı Boulder Tədqiqat Mərkəzinin astronomu Alan Stern “kentavr” asteroidlərinin maraqlı xüsusiyyətləri barədə məlumat verib. O bildirib ki, böyük ehtimalla onlar Koyper adlanan qurşaqda - Günəş sisteminin sərhədində kiçik göy cisimlərinin toplaşdığı yerdə yaranıblar. “Bu cür ekspedisiyanın təşkili Koyper qurşağında olan bütün kosmik obyektləri uzaqdan öyrənməyə imkan verəcək”, -deyə alim əlavə edib. Space.com saytının yazdığına görə, tədqiq ediləcək göy cisimləri arasında 1927-ci ildə kəşf edilmiş “Şvasmann-Vahmann-1” kometası və 1997-ci ildə aşkar olunmuş və Saturnla Uran arasında yerləşən “Hiron 2060” asteroidini göstərmək olar.

“Şvasmann-Vahmann-1” kometasının maraqlı cəhəti iondan ibarətdir ki, onun nüvəsi ildə təqribən yeddi dəfə qaz tullantıları buraxır. Astronomlar hələ bu qəribə hadisənin elmi izahını verə bilmirlər. “Hiron” isə sıx qaz və toz halqası ilə əhatə olunub.

Günəş batareyaları ilə işləyəcək avtomatik stansiyanın “kentavr” asteroidləri tədqiq etmək üçün kosmosa göndəriləcəyi təqdirdə NASA iki mümkün start nəzərdə tutub: 2025-2026-cı illər və ya 2028-2029-cu illər. Belə olan halda stansiya tədricən – bir il müddətinə göy cisimlərinə yaxınlaşacaq və 2040-cı ilədək onları öyrənəcək. Alan Stern bildirib ki, əgər bu müddətdə stansiyanın kosmosa göndərmək mümkün olmasa, onda daha 50 il gözləmək lazım gələcək.

Xatırladaq ki, elmi jurnallarda “kentavr” asteroidlərin Yerə təhlükə törətdiyi barədə bir çox astronomların məqalələri dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: