Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarənin (NASA) alimləri Marsda bəzilərinin seysmik mənşəli olduğu, bəzilərinin isə naməlum qaldığı qəribə siqnallar aşkarlayıblar.
NUHÇIXAN Sky News telekanalına istinadla xəbər verir ki, həmin siqnallar “InSight” Mars aparatı vasitəsi ilə əldə edilib.
“Ötən ilin noyabr ayında Qırmızı planetə çatan NASA-nın “InSight” Mars aparatı aprel ayında ilk seysmik siqnalı qeydə alıb”, - məlumatda belə deyilir.
Oktyabrın 1-də dərc olunan audio yazıların nümunələri 100-dən çox siqnalı əhatə edir. Onlardan yalnız 21-i Mars titrəmələri (zəlzələ) kimi tanınıb.
Seysmoqrafın Mars torpağının təxminən beş metr dərinliyinə baş vurması nəzərdə titulsa da, o, yalnız otuz santimetri mənimsəyə bilib. Qurğunun Marsda yazdığı səslər sonradan Yerdəki tədqiqatçılara ötürülür.