İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Qazaxıstanın paytaxtı Nur-Sultanı “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görüb.
NUHÇIXAN Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Ekologiya Nazirlərinin 8-ci İslam Konfransında İslam dünyasında ekoloji problemlər və qlobal istiləşmə məsələləri müzakirə olunub.
Təbiətin qorunmasına töhfə verən ölkələrə mükafatların verildiyi iclasda, Qazaxıstanın paytaxtı Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı”na layiq görülüb.
İSESKO 2017-ci ildə “Gələcəyin enerjisi” mövzusunda beynəlxalq sərginin reallaşdığı, ətraf mühitin qorunması və “təmiz” enerjinin inkişafı sahəsində uğurlu layihələrin həyata keçirildiyi Nur-Sultanın bu mükafata layiq görüldüyünü qeyd edib.