Ermənistan ordusu oktyabrın 3-də iki hərbi qulluqçusunun ölüm xəbərini yayıb.
NUHÇIXAN Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
O, cəbhənin Tavuş istiqamətində 27 yaşlı Muşeq Abovyanın öldürüldüyünü qeyd edib.
Yayılan digər xəbərdə isə oktyabrın 1-də həmin istiqamətində yaralanmış S.X adlı hərbi qulluqçunun hospitalda öldüyü bildirilib. Onun çiynindən qəlpə yarası aldığı açıqlanmışdı.