Türkiyənin Akdeniz ərazisində 4,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Muğla şəhərinin Marmaris rayonundan 75 kilometr aralıda qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata əsasən yerli vaxtla 17.51-də qeydə alınan təkanların ocağı 45 kilometr dərinlikdədir.
Dağıntı və xəsarət barədə hələ ki, məlumat yoxdur.