Tailandda gur şəlalənin altında boğulan “dostlarını” xilas etməyə çalışan altı fil tələf olub.
NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, insident fil balasının “Xao Yai” Milli Parkının mərkəzində yerləşən şəlalənin altında qalması ilə başlayıb. Onun köməyinə gələn digər heyvanlar da boğularaq ölüblər. Tailand xilasediciləri onların cəsədlərini suyun altından çıxarıblar.
Qeyd olunur ki, “Haev Narok” (“Cəhənnəm şəlaləsi”) adlanan bu şəlalədə bu cür insidentlər çox olub. 1992-ci ildə burada doqquz fil tələf olub. Həmin vaxt fillərin şəlaləyə yaxınlaşmasının qarşısı alınmışdı.
Milli Parkın direktoru Xançit Srinoppavan bildirib ki, ətrafdakı fillərin də tələf olanların yanına gəlməsi və onları kədərlə müşahidə etməsi park işçilərinin təəccübünə səbəb olub.
Tailandda 7 mindən çox fil olduğu, onların yarısının heyvanat parklarında saxlandığı bildirilir.