Türkiyə hökuməti elektron siqaretlərin satışını və idxalını qadağan etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib. Nazir hazırda elektron siqaretlərin satışının və idxalının qadağan olunmasını nəzərdə tutan qanunvericilik üzərində işlərin aparıldığını qeyd edib. O, qanun layihəsinin ölkə parlamentinə təqdim olunacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (CDC) tərəfindən elektron siqaret istifadəçiləri arasında ağciyər və tənəffüs yolu xəstəliklərinin yayıldığı barədə məlumat verilmişdi.
Mütəxəssislərin fikrincə, bu cihazların insan orqanizminə vurduğu zərər adi siqaretdən daha çoxdur.