“Southwest Airlines” aviaşirkətinin pilotlar ittifaqı “Boeing” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. İddiada iki qəzadan və təyyarənin təhlükəsizliyi ilə bağlı çoxsaylı problemlərdən sonra aviareyslərin dayandırılması səbəbindən əməkhaqlarını itirdiklərinə görə 100 milyon dollara yaxın zərərin ödənilməsi tələb olunur.
NUHÇIXAN Amerika KİV-lərinə istinadla xəbər verir ki, iddia Texas ştatının Dallas dairəsinə təqdim olunub. İddiaçılar təsdiq edirlər ki, aviaşirkətə təqdim olunan sənədlərdə “Boeing” şirkəti təyyarələri “uçuşlara yararlı və faktik olaraq, illərin sınağından çıxan “737” təyyarələri kimi təsvir edib. İttifaq bunu saxta adlandırıb.
“Southwest Airlines” aviaşirkətinin pilotlar ittifaqının prezidenti kapitan Conatan L.Uiks deyib: “Pilotlar üçün sərnişinlərimizin təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Biz “Boeing” şirkətinə düzgün məlumata görə inanmaq əzmində olmalıyıq. Bu, bizə təyyarələrimizin təhlükəsiz istifadəsindən ötrü lazımdır. “737 MAX” ilə münasibətdə bu, qətiyyən baş vermədi”.
Qeyd olunur ki, “737 MAX” təyyarəsi ilə problemə görə “Southwest Airlines” aviaşirkəti 30 mindən artıq reysi ləğv etmək məcburiyyətində qalıb. Bu isə 2019-cu ildə xidmətin 8 faiz azalması və pilotların 100 milyon dollar həcmində əməkhaqlarının itkisi ilə nəticələnib.
“Southwest Airlines” aviaşirkətinin pilotlar ittifaqı “Boeing” şirkətindən itirilmiş əməkhaqqıya və “737 MAX” təyyarələrinin uçuşdan kənarlaşdırılması ilə bağlı digər itkilərə görə ödəniş tələb edir. Analoji iddia oktyabrın 1-də “American Airlines” aviaşirkətinin pilotlarını təmsil edən Pilotlar Birliyi Assosiasiyası tərəfindən də təqdim olunub.