Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı plana uyğun davam edir.
NUHÇIXAN AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, topların və tankların artireliya atəşi, eləcə də aviasiyanın zərbələri ilə terrorçuların sığınacaqlarını hədəf alınıb. Bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları Türkiyə sərhədindən Suriya ərazisinə doğru təxminən 25-30 kilometr məsafədə uçuşlar edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə “Sülh çeşməsi” əməliyyatının koordinasiya mərkəzinin toplantısı keçirilib.
Ümumiyyətlə Xarici İşlər Nazirliyi diplomatik kanallarla əməliyyatın mahiyyətini dünya ictimaiyyətinin diqqətində saxlamaqda davam edir. O cümlədən ölkə KİV-ləri və aidiyyəti qurumlar beynəlxalq KİV-ləri və sosial şəbəkədə yayılan məlumatları nəzarətdə saxlayır. Rəsmi dairələr bəzi informasiya mənbələrində mülki əhaliyə, o cümlədən guya xristianların məskun olduğu adı bildirilməyən bir yaşayış məskəninə atəş açılması barədə məlumatları qətiyyətlə təkzib ediblər.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara vaxtı ilə saat 23:30-dan başlayaraq “a Haber” televiziya kanalında canlı yayın vasitəsi ilə “Sülh çeşməsi” əməliyyatının səbəb və məqsədləri barədə geniş məlumat verib. Nazir diqqətə çatdırıb ki, Türkiyənin müttəfiqləri, o cümlədən bəzi Avropa dövlətləri Suriya böhranının nizamlanması məsələsində Türkiyəyə səmimi münasibət sərgiləməyiblər. Qeyd olunub ki, Suriyadakı terrorçu təşkilatlara silah sursat yardımı edənlər bu ölkənin parçalanmasında maraqlı olublar. Türkiyə isə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, konstitusiyan hakimiyyətin təmin olunmasının, qaçqınları öz yurdlarına qayıtmasının, ölkədə həyatın normal məcraya dönməsinin tərəfdarıdır. Nazir aparıcının suallarına cavab olaraq bildirib ki, Türkiyə ordusu əvvəlcədən bəyan olunduğu kimi sərhədboyu 25-30 kilometr enində təhlükəsizlik bölgəsi yaratmaq üçün ərazini terrorçulardan təmizləyəcək. Türkiyə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən prosesi uğurla başa çatdıracaqdır.
Türkiyə vaxtı ilə təxminən saat 23.00 radələrində quru qoşunlarının hərəkəti başlanıb. Elə həmin saatlarda BMT ilk dəfə olaraq məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, bu əməliyyat zamanı dinc əhalinin təhlükəsizliyi, o cümlədən mülkiyyətin qorunmasına diqqət göstərilməlidir. Bənzər açıqlama Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq tərəfindən də verilib.
Gün ərzində Suriya ərazisində terrorçuların nəzarət etdikləri bölgələrdən Türkiyə tərəfinə bir neçə dəfə raket atılıb. Bu hal bir daha təsdiq edib ki, Türkiyə mövcud təhlükənin lazımi qədər dəyərləndirib.
Türkiyənin aparıcı siyasi partiyaları, o cümlədən ölkə ictimaiyyəti “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir. Məscidlərdə Türkiyə əsgərinin-mehmetçiyin şərəfli hərbi missiyasının uğurla başa çatması üçün dualar oxunub. Əhali sosial şəbəkədə prosesə geniş dəstək sərgiləyir.
Suriya ilə sərhəd ərazilərə yaxın bölgələrdə məktəblər bir neçə günlük tətilə buraxılıb, bəzi yaşayış məskənlərində komendant saatı elan olunub.