Rəcəb Tayyib Ərdoğan: "Sülh çeşməsi" əməliyyatının ilk iki günü ərzində 109 terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatının ilk iki günü ərzində 109 terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı, eyni zamanda, Türkiyə tərəfinin keçirdiyi antiterror əməliyyatları zamanı ümumilikdə 16 min terrorçunun, o cümlədən 7500 nəfərin Türkiyə sərhədləri daxilində, digər 8500 nəfərin isə ölkə xaricində zərərsizləşdirildiyini deyib.
"Sülh çeşməsi" antiterror əməliyyatı davam edir.