Bulud sistemində məlumatların saxlanılması daha təhlükəli olur

A- A A+

Şirkətlər öz bulud mühitlərinin müdafiəsinə daha çox diqqət ayırmalıdırlar, çünki cinayətkarlar tez-tez belə xidmətlərdə boşluqlar axtarırlar. Bu haqda “McAfee” antivirus istehsalçısı tərəfindən keçirilmiş araşdırmada deyilir.
 
NUHÇIXAN dailycomm.ru saytına istinadən xəbər verir ki, müxtəlif ölkələrin informasiya təhlükəsizliyi direktorlarının iştirak etdiyi sorğunun nəticəsinə əsasən, bulud sistemində yerləşdirilmiş faylların 21%-i məxfi məlumatlardan ibarətdir. Bu halda son ildə bulud sistemində belə faylların sayı 53% artıb.
 
“McAfee” şirkətinin məlumatına görə, ilk dəfə İT direktorlarının 50%-dən çoxu informasiyanın bulud sistemində saxlanılmasını daha təhlükəsiz hesab edirlər.
 
Bulud sistemində kibertəhlükələrin sayı illik hesablama üzrə təxminən 28% artıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: