2019-cu il üzrə Alfred Nobelin xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatı Hindistan əsilli amerikalı alim Abirjit Banerjiyə, fransız əsilli amerikan alim Ester Düfloya və digər amerikalı alim Maykl Kremerə “qlobal yoxsulluğun aradan qaldırılması üçün təcrübi yanaşmasına görə” verilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə elan edilib.