Ümumdünya onkoloji liderlər Qazaxıstanın paytaxtında toplaşıb

A- A A+

Qazaxıstanın paytaxtı Nur-Sultanda Ümumdünya onkoloji liderlərinin Zirvə görüşü keçirilir. Sammitdə 70-dən çox ölkədən 350-dən çox nümayəndə iştirak edir.

NUHÇIXAN xəbər verir ki, tədbirdə xərçəng, sağlamlıq və inkişaf mövzusunda əsas problemlər müzakirə edilir.

Sammitdə xərçəngin diaqnostikası və müalicəsi sahəsində böyük inkişafın əldə edildiyi, həmçinin sağlam həyat tərzinin əhəmiyyəti xüsusi vurğulanıb. Xərçəngin erkən aşkar edilməsi, xəstəliyin müalicəsinin ən effektiv yolu olduğu qeyd edilib.

Qazaxıstan Senatının sədri, Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun direktoru Dariga Nazarbayeva, Dünya Xərçəng Liderləri Zirvəsi çərçivəsində bir sıra görüşlər keçirib. İordaniya Haşimilər Krallığının şahzadəsi, Beynəlxalq Xərçəngə Nəzarət Birliyinin prezidenti Dina Mayred, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanla, Burkino-Faso Respublikasının birinci xanımı ilə də görüşüb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: