Arxeoloqlar Misirin Luksor şəhərindən cənubda 20-dən çox möhürlənmiş taxta sarkofaq aşkarlayıblar.
NUHÇIXAN Phys.org portalına istinadla xəbər verir ki, bu barədə Misirin Qədim Tarixi üzrə Nazirliyi məlumat yayıb.
Sarkofaqlar Asasif nekropolunda aparılan qazıntılar zamanı tapılıb. Onlar yaxşı qaldığından üzərindəki rəngarəng şəkillər və yazılar aydın görünür. Qədimdə həmin yerdə Qərbi Fiva fironlarının paytaxtı yerləşirdi. Tədqiqatçılar bu ərazilərdə çox sayda sərdabə və digər qədim abidələri üzə çıxarıblar.