BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib

A- A A+

BMT Baş Assambleyasının iclasında təşkilatın İnsan Haqları Şurasına 14 yeni üzv ölkənin seçilməsi üzrə səsvermə keçirilib. Namizədlər regional qruplar tərəfindən irəli sürülüb və bir-biri ilə rəqabət aparıblar.

NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, dünyada insan hüquqlarına əməl edilməsinə nəzarət edən Şurada Qərbi Avropa ölkələri üzrə bu funksiyanı Almaniya və Niderland yerinə yetirəcək. Afrika ölkələrindən isə Şuraya Liviya, Mavritaniya, Namibiya və Sudan seçilib. Asiya qitəsindən seçilən ölkələr İndoneziya, Yaponiya, Marşall adaları və Koreya Respublikasıdır. Latın Amerikası və Karib hövzəsi ölkələrini isə Braziliya və Venesuela təmsil edəcək. Hazırda Şərqi Avropanı Bolqarıstan, Xorvatiya, Çexiya, Macarıstan, Slovakiya və Ukrayna təmsil edirlər.

BMT-nin İnsan Haqları Şurası 2005-ci ildə eyniadlı komissiyanın bazasında yaradılıb. Burada 47 ölkə təmsil olunur, onlardan 6-sı Şərqi Avropadan, 13-ü Asiya və Afrikadan, 8-i Latın Amerikası və Qərbi Avropa ölkələrindən, 7-si isə ABŞ, Kanada və İsraildən seçilir. Lakin Vaşinqton ötən ilin yayında Şuranın İsraili pisləyən qətnamə qəbul etməsindən sonra bu qurumda təmsil olunmaqdan imtina edib.

Şuraya üzv ölkələr 3 il müddətinə seçilir və onların hər hansı biri insan hüquq və azadlıqlarını kobud şəkildə pozduğu təqdirdə Baş Assambleyanın üçdəiki çoxluğunun qərarı ilə üzvlük dayandırılır. Hazırda Şuranın tərkibində Suriya və Myanmada insan hüquqlarının pozulması ilə əlaqədar müvafiq komissiyalar fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: