Rəcəb Tayyib Ərdoğan: 120 saat ərzində məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq təyin edilən ərazini tərk etməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatının 120 saatlıq dayandırılması barədə açıqlama verib.
NUHÇIXAN xəbər verir ki, dövlət başçısı Türkiyə və ABŞ arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı əldə olunan razılaşmanı qiymətləndirib. Bildirilib ki, hazırda davam edən 120 saat ərzində məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq təyin edilən ərazini tərk etməlidir.
Əldə olunan razılaşmanın bir xüsusiyyətinin də Türkiyənin bölgədə yerləşən təhlükəsizlik qüvvələrinin oranı tərk etməməsi olduğunu deyən Prezident qeyd edib ki, bu müddət ərzində heyətlər arasında danışıqlar davam edəcək