Ermənistanda hakimiyyətin törətdiyi qanunsuzluqlarla etiraz edən Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və ailə üzvlərinin təqib olunmasına son qoyulması tələbi ilə etiraz aksiyası keçirilib.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti binasının qarşısında toplaşan etirazçılar Tovmasyan və onun jurnalist bacısına qarşı təqiblərin siyasi xarakter daşıdığını bəyan ediblər. Onları bildiriblər ki, indi ölkədəki təqiblər 1937-ci ilin repressiyalarını xatırladır.
Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov qeyd edib ki, indi hakimiyyətin öz mövqeyi ilə razı olmayan insanları təqib etməsi Stalin repressiyası dövründə Yaqoda, Yejov və Beriyanın əməllərinə bənzəyir. O əlavə edib ki, erməni müxalifəti “37-ci il hadisələrinin təkrar olunmaması üçün əlindən gələni edəcək”. Sabiq ədliyyə naziri Arpine Ovannisyan isə bildirib ki, Paşinyan hakimiyyəti hüquq-mühafizə orqanlarını “qırmızı xətti” keçməyə və özünə sərf etməyən fikirlər səsləndirən insanları təqib etməyə məcbur edir. Onun sözlərinə görə, iqtidar öz hərəkətləri ilə insan ləyaqəti prinsipini ayaqlar altına atır.
Xatırladaq ki, Paşinyan hökumətinin təzyiqi ilə Ermənistan prokurorluğu Hrayr Tovmasyanın və ailə üzvlərinin əmlakını siyahıya alıb və Konstitusiya Məhkəməsinin sədrinə qarşı cinayət işi açmaq istəyir.