Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında Türkiyə ordusunun iştirakı ilə döyüşlərin davam etməsi barədə yayılan məlumatları dezinformasiya adlandırıb.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə qoşunlarının terrorçuların həqiqətən də bufer zonasını tərk etməsinə əmin olmaq üçün hələlik Suriyanın şimal-şərqində azad etdikləri rayonlarda qalacağını bildirib.
Bir qədər əvvəl xarici KİV-lər türk ordusunun Suriyanın sərhədyanı ərazilərini atəşə tutmağa davam etdiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, oktyabrın 17-də ABŞ Suriyanın şimal-şərqində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə Türkiyə ilə razılığa gəlib. Bunun əvəzində terrorçular 120 saat ərzində Suriya-Türkiyə sərhədindən geri çəkməlidir.