Bolqarıstanın “Kinetik Avtomotive” şirkəti 3D printeri vasitəsilə bütün hissələri çap olunan elektrik avtomobili təqdim edib.
NUHÇIXAN xəbər verir ki, nəqliyyat vasitəsinin modelinin adı “Kinetik 07”dir. Avtomobil 480 kVt gücə malikdir.
Şirkət rəhbərliyi avbtomobilin qiymətini və satışa çıxarma tarixini gizli saxlayır. Şirkətin mühəndisləri isə nəqliyyat vasitəsinin həm sürətli yollar, həm də şəhərdaxili istifadə olunmasının mümkünlüyünü bildirir. Eyni zamanda, qeyd olunur ki, avtomobilin hissələrinin 92 faizi şirkətin özü istehsal edir.