Yunanıstanın Milos adası dünyanın ən gözəl adalarının ilk onluğunda yer alıb

A- A A+

Yunanıstanın Milos adası “CNN travel” səyahət jurnalı tərəfindən dünyanın ən gözəl adalarının siyahısında ilk onluğa daxil edilib.

NUHÇIXAN xəbər verir ki, siyahıya, eyni zamanda, Seyşel adalarındakı Freqat, Karib hövzəsindəki Sent-Lusia və Havay arxipelaqındakı Kauai adaları daxil edilib.

Nəşr Milos adasının memarlığı, çimərlikləri, mağaraları barədə ətraflı məlumat verir və turistləri bu gözəlliyi görmək üçün bölgəyə dəvət edir.

Qeyd edək ki, nəşrin ilk onluğuna Bartolome (Ekvador), Yura (Şotlandiya), Komodo (İndoneziya), Senya (Norveç), Mooreya (Fransa Polineziyası) və Palavan (Filippin) adaları da daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: