NASA iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) mütəxəssisləri 440x990-metr diametri olan iri asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq ediblər.

NUHÇIXAN space.com portalına istinadla xəbər verir ki, NASA-nın Yerətrafı Fəzada Obyektlərin Tədqiqi Mərkəzinin (CNEOS) məlumatında oktyabrın 25-də 162082 (1998 HL1) adlanan göy cisminin saniyədə 11,2 milyon kilometr sürətlə Yerdən təxminən 6,2 milyon kilometr aralıdan keçəcəyi bildirilir.

NASA-nın astronomları 162082 (1998 HL1) asteroidini 1998-ci ilin aprelində kəşf ediblər. Onlar bu göy cismini orbitlərinin Yerin orbitindən keçdiyi Apollon asteroidləri növünə daxil ediblər.

Qeyd olunur ki, hazırda NASA planetimiz üçün təhlükə mənbəyi olan asteroidlərin 93 faizini aşkar edib. Bu obyektlərin təxminən 1 mini Günəşdən 195 milyon kilometr məsafədə fırlanır. Alimlər, həmçinin Yerin yaxınlığında olan orbitlərdə yerləşən 19,5 min orta ölçülü (100 metrdən 1 kilometrədək) asteroidləri müəyyən edə biliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: