Marsa uçacaq ilk astronavt qadın ola bilər

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, agentliyin Mars missiyası çərçivəsində qırmızı planetə uçacaq ilk şanslı astronavt qadın ola bilər. Onun sözlərinə görə, zərif cinsin nümayəndələri bu sahədə kişilərdən bir addım öndə olmalıdırlar.

NUHÇIXAN space.com saytına istinadla xəbər verir ki, oktyabrın 18-də NASA-nın iki qadın astronavtının tarixdə ilk dəfə olaraq açıq kosmosa çıxması münasibətilə mətbuat konfransı keçirən Braydenstaynın sözlərinə görə, Marsın səthinə enəcək ilk astronavt da zərif cinsin nümayəndəsi olmalıdır. O əlavə edib ki, hazırda NASA-nın Marsın səthinə ilk insanın enməsi ilə bağlı konkret planı var. “Ayın səthinə ikinci dəfə enmək NASA üçün prioritet olsa da, 2030-cu ildə Marsa da bu cür missiya həyata keçiriləcək”, -deyə agentliyin direktoru vurğulayıb. O əlavə edib ki, milyarder İlon Maskın “SpaceX” şirkəti də ilk NASA astronavtlarını qırmızı planetə göndərəcək “Starship Mars” raketi üzərində işləri davam etdirir.

Cim Braydenstan deyib: “Əgər mənim 11 yaşlı qızım bu yolu seçsə, onda o qədər də uzaq olmayan gələcəkdə Marsa uçacaq ilk qadın namizədlər arasında ola bilər. Onun sözlərinə görə, Marsa uçacaq qadın ekipajının formalaşdırılmasına indidən başlamaq və həvəsi olan kiçik qızları treninqlərə cəlb etmək olar. Eyni zamanda, 2024-cü ildə Ayın səthinə göndərilməsi nəzərdə tutulan “Artemis” missiyasının tərkibində də qadın astronavt olacaq. NASA hələ onun adını açıqlamasa da, ekipaj üzvlərindən birinin mütləq zərif cinsin nümayəndəsi olacağı artıq məlumdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: