Erməni əsilli Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən istefa verib.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, Ayriyan Prezident Vladimir Zelenskiyə vəzifəsindən azad edilməsi üçün ərizə yazıb.
Qeyd edək ki, Ayriyan son vaxtlar korrupsiya qalmaqalında ittiham edilirdi. O bu vəzifəyə cari ilin iyulun 10-dan təyin edilmişdi.