Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir

A- A A+

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatına kəskin etirazını ifadə edib.

Bu barədə XİN-dən NUHÇIXAN-a daxil olan məlumatda bildirilir ki, Türkiyə hökuməti sözügedən hesabatın qərəzli olduğunu bəyan edib. Qeyd olunur ki, bu hesabat Türkiyənin öz milli təhlükəsizliyinə təhdid olan terror təşkilatlarına qarşı apardığı mübarizəyə yönəldilən qarayaxma kampaniyasının bir parçasıdır. Diqqətə çatdırılır ki, həm Türkiyənin milli təhlükəsizliyini, həm də Suriyanın ərazi bütövlüyünü təhdid edən PYD/YPG terror təşkilatlarına qarşı aparılan “Sülh çeşməsi” əməliyyatı bu terror təşkilatlarını zərərsizləşdirməyə yönəlib. PYD/YPG isə Avropa İttifaqı və NATO-nun terror təşkilatı kimi qəbul etdikləri PKK-nın bir qoludur.

Türkiyə Xarici İşlər Nazirliyi tövsiyə edir ki, Beynəlxalq Əfv Təşkilatı və digər mövqesiz beynəlxalq təşkilatlar mövzu ilə bağlı ədalətli araşdırma aparsınlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: