Avstraliyanın “Qantas” aviaşirkətinin həyata keçirdiyi Nyu-York-Sidney aviareysi mülki aviasiya tarixində ən uzunmüddətli fasiləsiz uçuş olub. “Boeing 787-9 “Dereamliner” təyyarəsi ilə yerinə yetirilən uçuş 19 saat 16 dəqiqə davam edib və ekipaj 16 200 kilometr məsafə qət edib.
NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, göyərtəsinə 19 sərnişin, o cümlədən aviaşirkətin baş direktoru Alan Coysun olduğu “Dreamliner” bu uçuşu uzunmüddətli aviareyslərin insan səhhətinə təsiri üzrə tədqiqat çərçivəsində yerinə yetirib. Təyyarədə olan mütəxəssislər uçuş zamanı pilotların beyin fəaliyyətini, göyərtədə işıqlandırmanı müşahidə edib, habelə sərnişinlərin fiziki vəziyyəti, yuxusu və qidalanmasına öyrəniblər.
“Qantas” donanmasının meneceri Lisa Norman bildirib ki, bu uçuş sayəsində pilotların yorulması ilə bağlı yaranacaq risklərin idarəolunması, habelə sərnişinlər üçün maksimum rahat şərait yaradılması üzrə qiymətli məlumatlar əldə edilib. Həmin məlumatlar Sidney Universitetinin alimləri tərəfindən tədqiq ediləcək. Məsələn, həmin universitetin Çarlz Perkins Mərkəzinin araşdırmalarına görə, sərnişinlərin 54 faizi yuxuya getmək üçün qulaqlıqdan, 38 faizi spirtli içkilərdən, 10 faizi isə yuxu dərmanlarından istifadə edirlər.
Bundan başqa, qütblər arasında olan saat fərqinə uyğunlaşmaq da ciddi problem kimi tədqiq olunub. Nyu-Yorkda təyyarəyə minən sərnişinlər saat əqrəblərini Sidney vaxtına dəyişiblər və Avstraliyanın şərq hissəsində qaranlıq düşənədək yuxuya getməyiblər. Bu tədbir uzunmüddətli uçuşun orqanizmə mənfi təsirinin qarşısını almaq üçün görülüb. Eyni zamanda, pilotlara və sərnişinlərə təklif olunan yeməklərin seçimi də diqqət mərkəzində olub: onlara diqqəti cəmləşdirməyə kömək edən ədvalı menyu təqdim edilib. Uçuşun yeddinci saatında sərnişinlərin yatması üçün göyərtədəki işıqlar söndürülüb, onlar geniş kreslolar olan biznes-klass salonuna keçiblər.
Ekspertlər bildiriblər ki, heç bir kommersiya reysi bu qədər uzun sürə bilməz. Belə ki, təyyarənin texniki imkanları fasiləsiz uçuş zamanı tam salon sərnişinlərin və baqaj yüklərinin ağırlığını daşımağa qadır deyil. Çünki belə olan halda yanacaq sərfi artır. Məhz bu səbəbdən “Dreamliner”in göyərtəsində cəmi 49 sərnişin olub, baqaj bölməsi isə tamamilə boş saxlanılıb.
Qeyd olunur ki, fasiləsiz uzunmüddətli uçuşlar üçün təyyarə istehsalçılarının yeni laynerlərindən – “Boeing-777” və “Airbus-A350”dən istifadə ediləcək.