Soçidə Rusiya Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Rusiya Prezidentinin “Boçarov ruçey” iqamətgahında altı saatdan artıq davam edən görüşdə Suriya münaqişəsinin həlli prosesi müzakirə olunub.
Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, danışıqlar zamanı Suriyaya dair taleyüklü məsələləri, Suriya-Türkiyə sərhədində yaranmış vəziyyəti həll etməyə imkan verən qərar qəbul olunub. Onun sözlərinə görə, Türkiyə Prezidenti Ərdoğan ölkəsinin məqsəd və vəzifələri barədə ətraflı danışıb.
Vladimir Putin, həmçinin vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyinə əmin olan Rusiya və Türkiyə suriyalı qaçqınlara öz vətənlərinə qayıtmaqda kömək göstərəcəklər. O deyib ki, Suriyadakı separatçı əhval-ruhiyyə xaricdən qızışdırılır.
Tərəflər, həmçinin iqtisadi sahədə əməkdaşlığı, qarşılıqlı ticarət əməliyyatlarında yerli valyutalardan istifadə edilməsi, Türkiyə ərazisində “Mir” bank kartından istifadənin genişləndirilməsi, eləcə də Türkiyənin bank və şirkətlərinin “Bank Rossii”nin maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması məsələlərini müzakirə ediblər.