2030-cu ildən Rusiyada robot polislər xidmətə başlaya bilər.
NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bunu Moskvada keçirilən “İnterpolitech” sərgisində robot üzrə ixtisaslaşmış şirkətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, robotlar əsasən yol polisi və miqrasiya xidməti kimi sahələrdə vətəndaşlara məsləhət vermək, həmçinin onların barmaq izlərini götürmək üçün istifadə olunacaq.
Nümayəndə bildirib ki, Rusiya daxili işlər orqanları ilə şirkət arasında müqavilə sözügedən sərgi çərçivəsində bağlana bilər.
Qeyd olunub ki, hazırda sərgidə Promobot nümayiş etdirilir. Bu versiyadan olan 200-dən çox robot artıq satılıb.