Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında altı pillə geriləyib. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.
Qeyd olunur ki, ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Belə ki, Dünya Bankının Yerevan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki düşüşünün səbəbi isə hələ bu ofis tərəfindən açıqlanmayıb.