Suriya ərazisində fəaliyyət göstərən terror qruplaşmaları Türkiyənin tələbinə uyğun olaraq bu ölkənin sərhədində nəzərdə tutulan təhlükəsizlik bölgəsindən geri çəkiliblər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, terrorçuların müəyyən edilən ərazilərdən çıxarılması üçün ABŞ-la əldə edilən 120 saatlıq və Rusiya ilə razılaşdırılan 150 saatlıq müddət başa çatıb. Oktyabrın 30-da Türkiyənin ABŞ və Rusiya ilə bu məsələ ilə bağlı müzakirələr ağaracağı gözlənilir.