Özbəkistandakı Akçagöl və Sudoçka göllərinin sahillərində turizm zonaları yaradılacaq.
NUHÇIXAN xəbər verir ki, Akçagöldə mehmanxanalar və yurtalar tikiləcək, çimərlik zonası, parklar salınacaq, restoranlar fəaliyyət göstərəcək. Beş hektarlıq ərazidə yaradılacaq obyektlərdə ildə beş mindən çox turistə xidmət göstəriləcək. Layihənin ümumi dəyəri 2 milyon dollardır.
Sudoçka gölünün sahilində isə quşları müşahidə etmək üçün məntəqələr yaradılacaq. Gölün ərazisi köçəri quşların ən çox üz tutduğu məkanlardan biridir. Son illər ornitoloqlar müşahidə ediblər ki, çəhrayı flaminqo koloniyaları yuva qurmaq üçün bu gölün sahillərinə gəlirlər. Gölün sahilində turistlərin gecələmələri və qidalanmaları üçün xüsusi yerlər inşa ediləcək. Burada qayıqlardan və kvadratsikllərdən istifadə etmək də mümkün olacaq.