“Apple” kompaniyası bu gün “Apple TV+” striminq platformasını işə salıb.
NUHÇIXAN servisin rəsmi saytına istinadla xəbər verir ki, platforma istifadəçilərə yeddi günlük test imkanı yaradıb. Bu müddət bitdikdən sonra abunə pullu olacaq.
Dünyanın aparıcı ssenaristlərini və kino istehsalçılarını birləşdirən servis dünyanın 100-dən çox ölkəsində fəaliyyətə başlayıb. Yeni servis “Apple” qurğularındakı “Apple TV” proqramında, həmçinin tv.apple.com saytında və “Samsung” kompaniyasının bəzi smart-televizorlarında çalışacaq.
“Apple” özünün striminq servisi üçün kontentin istehsalına 6 milyard dollardan çox pul xərcləyib. “Netflix” isə ötən il kontentə 12 milyard dollara yaxın vəsait sərf etmişdi.