2020-ci il yanvarın 1-dən etibarən Norveç sakinləri bu krallığın vətəndaşlığını itirmədən başqa bir ölkənin də vətəndaşı ola bilərlər, bundan sonra Norveç vətəndaşı olmaq istəyən xarici vətəndaşların isə ilkin vətəndaşlığından imtina etməsi lazım olmayacaq.
NUHÇIXAN Norveç KİV-lərinə istinadən xəbər verir ki, bu krallığın qanunvericiliyinə çoxdan gözlənilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində mümkün olur.
Xatırladaq ki, 2018-ci ildə Norveç parlamenti ikili vətəndaşlığa icazə verilməsi haqqında hökumətin təklifini bəyənəndən sonra ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, vətəndaşlıq haqqında Qanuna düzəlişlər 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.