ABŞ-ın “Cygnus” yük kosmik gəmisi fəzaya göndərilib

A- A A+

Noyabrın 2-də Bakı vaxtı ilə saat 17:59-da ABŞ-ın Virciniya ştatındakı Uollops adasından “Cygnus” yük kosmik gəmisini daşıyan “Antares” raketi fəzaya buraxılıb.

NUHÇIXAN xəbər verir ki, məlumatı ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) yayıb. Qeyd olunub ki, kosmik gəminin göyərtəsində Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar üçün ümumi çəkisi 3,7 ton olan yük - ərzaq, stansiya üçün avadanlıqlar və elmi tədqiqatlar aparılması məqsədilə cihazlar var. “Cygnus” yük kosmik gəmisinin stansiyaya birləşməsi noyabrın 4-də həyata keçiriləcək.

Məlumatda qeyd olunub ki, Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən astronavtlar üçün “AstroRad Vest” radiasiya əleyhinə jiletlər də göndərilib ki, gələcəkdə onlardan Aya və Marsa uçuşlar zamanı istifadə ediləcək. Bundan başqa, stansiyaya “Zero-G Oven” adlı soba şkafları da çatdırılacaq. Onların köməyi ilə çəkisizlik şəraitində yemək hazırlamaq mümkündür. Tosteri xatırladan və içərisində temperaturun 363,3 dərəcə Selsi olacağı bu qurğu NASA-nın mütəxəssislərinin son layihəsidir. Ekipaj üzvləri üçün kosmosda 3D printerlərində hazırlanmış məmulatları emal etməyə imkan verəcək xüsusi cihaz da göndərilib.

NASA yük kosmik gəmisinin fəzaya buraxılmasını oktyabrın 21-də həyata keçirməli idi, lakin Yaponiyanın pilotsuz “Kontori-8” aparatının stansiyanı tərk etməməsi ucbatından bu start təxirə salınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: